Haqqımızda

2012-ci ildən Bakıda yerli və xarici şirkətlərə hüquqi və mühasibat dəstəyi göstəririk.

On dörd ildir biznesin yanındayıq

Ədalət Partnyorları 2012-ci ildə iki vəkil və bir auditor tərəfindən yaradılıb. İdeya sadə idi: şirkət rəhbəri hüquqi və maliyyə sualları üçün müxtəlif ofislərə getməməli, hər iki tərəfi görən bir komandaya müraciət etməlidir.

Bu gün komandamızda vəkillər, hüquqşünaslar, sertifikatlı mühasiblər və auditorlar çalışır. Tikinti, logistika, İT, pərakəndə ticarət və istehsalat sahəsindən olan şirkətlərə daimi xidmət göstəririk, xarici investorları Azərbaycan bazarına çıxarkən müşayiət edirik.

Hər müştərinin bir məsul partnyoru var. O, işin bütün mərhələlərinə cavabdehdir: sənədin hazırlanmasından məhkəmə qərarının icrasına, aylıq hesabatdan vergi yoxlamasına qədər.

Yaxşı hüquqşünas mübahisəni udur. Daha yaxşısı — onun yaranmasına imkan vermir.

Elvin Məmmədov, idarəedici partnyor

İş prinsiplərimiz

  1. Məxfilik

    Müştəri haqqında hər məlumat vəkil sirri kimi qorunur.

  2. Aydın qiymət

    Xidmətin dəyəri işə başlamazdan əvvəl yazılı razılaşdırılır.

  3. Bir məsul şəxs

    Işinizi aparan partnyor hər zaman əlçatandır.

  4. Sadə dil

    Rəyləri hüquq terminləri ilə deyil, qərar üçün lazım olan dildə yazırıq.

il təcrübə
14
başa çatdırılmış iş
1 200+
korporativ müştəri
320+
ərzində ilkin cavab
24 saat

Rəhbərlik

Bütün komanda

Müştərilər bizim haqqımızda

Vergi yoxlamasında 14 bənddən 11-i komandanın hazırladığı izahatlarla aktdan çıxarıldı. Ən əsası — hər mərhələdə nə baş verdiyini bilirdik.

Kamran Əsədov Maliyyə direktoru, logistika şirkəti

Şirkəti qeydiyyatdan keçirməkdən ilk investor müqaviləsinə qədər hər şeyi bir komanda ilə etdik. Mühasibatı da onlara verdik — artıq iki ildir hesabatlar vaxtında gedir.

Səbinə Hacıyeva Təsisçi, İT şirkəti

Konsultasiya üçün müraciət

Konsultasiya üçün müraciət

Məsələni qısaca yazın — iş günü ərzində uyğun hüquqşünas və ya mühasib sizinlə əlaqə saxlayacaq. İlk konsultasiya ödənişsizdir.

Kim üçün müraciət edirsiniz?

Nə baş verib, hansı sənədlər var, nə vaxta qədər həll olunmalıdır.

Zəng et WhatsApp