Nigar Əliyeva
Partnyor, vergi məsləhətçisi
Vergi planlaşdırması, yoxlamalarda müşayiət, vergi mübahisələri və maliyyə hesabatlarının müstəqil auditi.
Vergi riskləri adətən yoxlama başlayanda deyil, müqavilə imzalananda yaranır. Buna görə vergi məsləhətçilərimiz korporativ hüquqşünaslarla birgə işləyir və əqdin strukturunu əvvəlcədən vergi baxımından qiymətləndirir.
Səyyar və kameral vergi yoxlamalarında şirkəti təmsil edir, sorğulara cavabları hazırlayır, akta etirazları yazırıq. Razılaşmadıqda mübahisəni əvvəlcə inzibati qaydada, sonra məhkəmədə davam etdiririk.
Auditorlarımız maliyyə hesabatlarının müstəqil auditini, daxili nəzarət sisteminin qiymətləndirilməsini və investor üçün maliyyə yoxlanışını aparır.
Konsultasiya üçün müraciət
Məsələni qısaca yazın — iş günü ərzində uyğun hüquqşünas və ya mühasib sizinlə əlaqə saxlayacaq. İlk konsultasiya ödənişsizdir.